Azərbaycanlı iş adamının villasında meyit tapıldı - VİDEO
1050
Türkiyədə azərbaycanlı iş adamının bağ evində bağban işləyən şəxs quyuya düşərək ölüb.
Mediapress.az unikal.org-a istinadən xəbər verir ki, İstanbulun Sarıyer rayonunda Azərbaycanlı iş adamının malikanəsində bağban kimi çalışmış 57 yaşlı Rəcəb Çelikerin cəsədi su quyusundan tapılıb.
Noyabr ayının 9-dan itkin düşən Rəcəb Çelikerin cəsədi azərbaycanlı iş adamın bağının quyusunda tapılıb. Cəsəd orada çalışan mühafizəçi tərəfindən aşkarlanıb. Hadisə yerinə həmçinin Çelikerin həyat yoldaşı və yaxınları gəlib və onlar gözyaşlarına hakim ola bilməyiblər.
Dərhal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Xilasetmə əməkdaşlarının səyi nəticəsində cəsəd quyudan çıxarılaraq, morqa göndərilib.
Qeyd edək ki, malikanə Azərbaycanlı iş adamına məxsus olduğu deyilsədə, adı açıqlanmır.