\
14 Oktyabr 2024 - Bazar ertəsi

"Soliton"un kredit şöbəsinin əməkdaşı döyüldü - 5 nəfər hücum edib

"Soliton"un kredit şöbəsinin əməkdaşı döyüldü - 5 nəfər hücum edib
1700baxış
"Soliton" Mağazalar Şəbəkəsinin kredit şöbəsinin əməkdaşı hücuma məruz qalaraq döyülüb.
 
Mediapress.az-ın report-a istinadən məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib.
 
Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elvin Elçin oğlu Qarayevə qəfildən 5 nəfər hücum edərək onu döyüblər. Müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Qarayev ətrafdakıların kömkəyi ilə xəstəxanaya çatdırılıb. 
 
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.