Qazaxıstanda azərbaycanlı saxlanılıb
1679
Qazaxıstanın paytaxtı Astanada azərbaycanlı saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanı məlumat yayıb. Bildirilir ki, 27 yaşlı azərbaycanlı gül satılan köşkdən pul oğurlamaq istəyərkən satıcıya xəsarət yetirib. Polis artıq həmin şəxsi saxlayıb. Onun başqa cinayətlərdə əli olub olmadığı araşdırılır.