\
24 Noyabr 2024 - Bazar günü

Bakıda 15 yaşlı uşaq 44 yaşlı kişini qətlə yetirdi

Bakıda 15 yaşlı uşaq 44 yaşlı kişini qətlə yetirdi
1884baxış

Bakıda azyaşlı uşaq qətl törədib.

Mediapress.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, N. Abdullayev küçəsi 4/43 ünvanında baş verib. Həmin ünvanda yaşayan Bərdə rayon sakini, 1974-cü il rəvəllüdlü Əhmədov Əhəd Əhməd oğluna şəxsi münasibətlər zəminində qonşusu, 2003-cü il təvəllüdlü Bayramov Elvin Nurəddin oğlu kəsici-deşici alətlərlə çoxsaylı xəsarətlər yetirib.
Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ə.Əhmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.