\
24 Noyabr 2024 - Bazar günü

Azərbaycanlı biznesmenin qətlinin təfərrüatları məlum olub

Azərbaycanlı biznesmenin qətlinin təfərrüatları məlum olub
1683baxış
Noyabrın 21-də öldürülən iş adamı Toğrul Tağıyev tez-tez təhdidlərlə üzləşirmiş. İş adamı avtoyuma məntəqəsi açdıqdan sonra naməlum şəxslər ona zəng etməyə başlayıb. Bundan başqa, yeddi ay əvvəl ona qarşı sui-qəsd cəhdi olub. 
 
Oxu.Az MK agentliyinə istinadən xəbər verir ki, Tağıyev tibb məntəqəsindən çıxan zaman güllələnib.
 
O, bütün həyatı boyu idmanla məşğul olub. Bir müddət əvvəl ayağından zədələnib və həkimə müraciət edib. Muzdlu qatil yerli vaxtla 20:00-da tibb məntəqəsini tərk edən Toğrula bir neçə dəfə atəş açıb. O, qardaşı tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 
 
Toğrul Tağıyev 15 ilə yaxındır, pul qazanmaq üçün regiondan paytaxta gəlib. Əvvəlcə meyvə və tərəvəz satmaqla dolanıb. 2012-ci ildə isə evlənib.
 
"Hər şey avtoyuma məntəqəsi açıldıqdan sonra başlanıb. Zənglər gəlir və təhdidlər edilirdi. Ona deyirdim, ticarətdən gələn pul da bəsimizdir. Niyə riskə gedək? Mənə qulaq asmırdı. Martın 21-də onun maşınını atəşə tutmuşdular. O, ağır yaralanmışdı. 
 
Bundan sonra düşündük ki, hər şey sakitləşib. Ancaq bir ay əvvəl ərimin obyekti fəaliyyətə başladı. Düşünürəm ki, ona atəş açanlar eyni adamlardır. Onu dəfn etməyə gedirəm. İki övladım atasız qaldı. Uşaqlarıma hələlik bacım baxacaq”, - iş adamının həyat yoldaşı Şəhla deyib.
 
*****
İş adamı Toğrul Tağıyev gecə saatlarında Moskva yaxınlığında avtomobildə yaralı halda aşkar edilib.
 
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, o, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 36 yaşlı biznesmenin qətli ilə bağlı cinayət işi başlanıb. 
 
İlkin ehtimallara görə, qatil çoxmərtəbəli binanın qarşısında qurbanına silahdan bir neçə dəfə atəş açıb. Hadisə yerində 9 mm kalibrli dörd giliz və bir güllə tapılıb. 
 
Hüquq-mühafizə orqanları hücumun səbəblərini və cinayətkarın kimliyini araşdırır. 
 
Bəzi məlumatlarda bundan əvvəl də biznesmenə qarşı sui-qəsdin olduğu deyilir.