Bərdədə bıçaqlanma hadisəsi baş verib
1022
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report" un Qarabağ bürosunun məlumatına görə, rayonun Gərənə kəndində 1990-cı il təvəllüdlü yerli sakin Məmmədli Elvin Firudin oğlu həmyerlisi tərəfindən bıçaqlanıb.
Ayaq nahiyəsindən vurulan E.Məmmədli Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.
Rayon Polis şöbəsindən verilən məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.
Bundan əvvəl Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.