\
24 Noyabr 2024 - Bazar günü

Avtoriteti qardaşı oğlu niyə qətlə yetirib? - Saatlıda

Avtoriteti qardaşı oğlu niyə qətlə yetirib? - Saatlıda
1103baxış

Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxsin güllələnərək qətlə yetirilməsi hadisəsinin kim tərəfindən törədilməsi məlum olub.

Publika.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində noyabrın 25-nə keçən gecə saat 01 radələrində 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunun qardaşı oğlu tərəfindən maşınında güllələnərək öldürülməsi üzə çıxıb.

Məlum olub ki, 1996-cı il təvəllüdlü Əkbərov Saleh Valeh oğlu əvvəlcədən planlaşdırdığı şəkildə əmisinə maşınında baş nahiyəsindən atəş açaraq onu qətlə yetirib. 22 yaşlı oğlanın əmisini hansı səbəbdən qətlə yetirməsi hələlik tam dəqiqləşməyib.

Bildirilir ki, qətlə yetirilən Oktay Əkbərov kriminal aləmə yaxın şəxs olub. O, 2 ay imiş ki, Rusiyadan Azərbaycana qayıdıbmış və doğulduğu kənddə yaşayırmış. O.Əkbərov uzun müddət Rusiyada həbsxanada olub. Sonuncu dəfə 8 il müddətində Rusiyada cəza çəkən O.Əkbərov həbsdən çıxan kimi Azərbaycana qayıdıbmış.

***

Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.

Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib.

Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil.

Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bundan əvvəl Cəlilabadda silahlı insidentə görə saxlanılan kriminal avtoritetin həbs müddəti uzadılıb.

Mediapress.az