“Kaspi”nin sabiq baş mühasibi həbs edildi
1825
"Kaspi liseyi ümumtəhsil məktəbi” MMC-nin baş mühasibi işləmiş Məmmədov Tural Fəxrəddin oğlu barəsində cinayət işi açılıb.
Mediapress.az oxu.az-a istinadən xəbər verir ki, aparılmış istintaqla müəyyən edilib ki, T.Məmmədov 2018-ci ilin aprel-oktyabr ayları ərzində şagirdlərin valideynləri tərəfindən ona verilmiş 50 min manatdan çox ödəniş haqqını qəbul edərək, şəxsi ehtiyacları üçün xərcləyib.
Pulu kassaya mədaxil etməməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəyib.
Buna görə T.Məmmədov tutularaq istintaqa cəlb edilib və külli miqdarda mənimsəmədə ittiham edilir.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə T.Məmmədov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.