12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər edən direktorun - MƏHKƏMƏSİ BAŞLANDI
Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru Gülfəz Alxasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Cinayət işi baxılmaq üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. İşə məhkəmənin hakimi Fizuli Mirzəquliyevin rəhbərliyi ilə yaxın günlərdə baxılacağı bildirilir.
Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur.
Hadisədən sonra G. Alxasov barəsində Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb. (apa)