\
24 Noyabr 2024 - Bazar günü

DTX və DİN əməliyyat keçirdi: silah-surat tapıldı

DTX və DİN əməliyyat keçirdi: silah-surat tapıldı
1630baxış
Daxili İşlər Nazirliyi (DİN) Xocalı Rayon Polis Şöbəsi (Goranboy rayonu) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon Şöbəsinin əməkdaşları Goranboyda birgə əməliyyat keçirib.
 
Mediapress.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
 
Əməliyyat nəticəsində Buzluq kəndinin ərazisində 1 ədəd (alışqansız) "F-1” qumbarası, 2 ədəd patron darağı və 111 ədəd müxtəlif çaplı patron tapılıb.