Gəncədə qətl törədən şəxs saxlanılıb - YENİLƏNİB
Gəncə şəhərində qətl törədən şəxs saxlanılıb.
Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Elvin Vidadi oğlu Katiblini qətlə yetirməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü Azər Akif oğlu Nağıyev polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, A.Nağıyev mübahisə zəminində E.Katibliyə çoxsaylı bıçaq zərbələri vuraraq onu ağır yaralayıb. E.Katibli ağır vəziyyətdə xəstəxanaya aparılsa da kəskin qanaxmadan ölüb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
*** 09:20
Gəncədə qətl törədilib.
"Report"un yerli bürosunun məlumatına görə, Gəncə şəhərində yaşayan, Gədəbəy rayon sakini 1987-ci il təvəllüdlü Elvin Vidadi oğlu Katibli bıçaqlanmış vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
E.Katiblinin kim tərəfindən və hansı səbəbdən qətlə yetirildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.