\
24 Noyabr 2024 - Bazar günü

Ucarda başı kəsilən qadına əvvəlcə təcavüz edilib! - Qatil həbs olundu

Ucarda başı kəsilən qadına əvvəlcə təcavüz edilib! - Qatil həbs olundu
1283baxış

Ucarda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları ortaya çıxıb.

Ucar rayonu, Qaradağlı kəndində başı kəsilərək su kanalına atılan 31 yaşlı Gülnar Həşimovanın öz əmisi oğlu tərəfindən qətlə yetirildiyi məlum olub. Belə ki, İlkin Çıqqarov əmisi qızına 22 bıçaq zərbəsi endirib. Redaksiyamıza daxil olan məlumata görə, Çıqqarov əmisi qızını qətlə yetirməzdən öncə ona təcavüz edib. 26 yaşlı gəncin hadisəni sərxoş halda törətdiyi bildirilir.

Mənbə onu da qeyd etdi ki, İlkin Çıqqarov əmisi qızını pul qarşılığında başqa kişilərə satırmış. Hadisənin də pul üstündə baş verdiyi bildirilir. Əmisi qızını öldürən şəxs daha sonra bıçağı yaxınlıqdakı qamışlıq əraziyə ataraq qaçıb.

Xatırladaq ki, dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İlkin Çıqqarov artıq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.(a24.az)

Mediapress.az