\
25 Noyabr 2024 - Bazar ertəsi

Mənzildə qadın meyiti aşkarlanıb

Mənzildə qadın meyiti aşkarlanıb
1600baxış

Bakının Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-nin saytının yaydığı məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1952-ci il təvəllüdlü Əliyeva Hüsniyyə Cəmil qızının cəsədini aşkarlayıblar.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.