\
13 Oktyabr 2024 - Bazar günü

Qubada maşın piyadanı vurub öldürdü

Qubada maşın piyadanı vurub öldürdü
1663baxış

Dünən gecə saatlarında Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mediapress.az Daxili İşlər nazirliyinə istinadən xəbər verir ki, dekabrın 25-də saat 3 radələrində Quba rayonunun Atuc kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 30-35 yaşlı kişi vurulub və piyada hadisə yerində keçinib.
Hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.