\
13 Oktyabr 2024 - Bazar günü

“Dedovşina” və başqa cinayətlərə görə axtarışda olan şəxs tutuldu - Sumqayıtda

“Dedovşina” və başqa cinayətlərə görə axtarışda olan şəxs tutuldu - Sumqayıtda
1692baxış

“Dedovşina” və törətdiyi başqa cinayətlərə görə axtarışda olan şəxs Sumqayıtda tutulub.

Mediapress.az Daxili İşlər nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (Soyğunçuluq), 182-ci (Hədə-qorxu ilə tələb etmə) və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə axtarışda olan İsgəndər Quliyev saxlanılıb.