\
13 Oktyabr 2024 - Bazar günü

Notariat kontorundan oğurluq etmək istəyən şəxs iş başında yaxalandı - Gəncədə

Notariat kontorundan oğurluq etmək istəyən şəxs iş başında yaxalandı - Gəncədə
1629baxış

Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd göstərən şəxs cinayət başında yaxalanıb. 

Mediapress.az Daxili İşlər nazirliyinə istinadən xəbər verir ki, dekabrın 25-də saat 03.26 radələrində Gəncə şəhəri ərazisindəki notariat kontorlarının birindən Gəncə Regional Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal həmin ünvana gələn polis əməkdaşları tərəfindən  oranın pəncərə şüşəsinin sındırılması aşkar edilib və oğurluğa cəhd göstərən şəxs yaxalanıb.

Nizami (Gəncə) Rayon  Polis İdarəsinə təhvil verilən şəxsin Göygöl rayon sakini Etibar Hüseynov olduğu müəyyən edilib.

Araşdırma aparılır