\
13 Oktyabr 2024 - Bazar günü

Bakıda iki nəfər maşında güllələndi - VİDEO

Bakıda iki nəfər maşında güllələndi - VİDEO
1850baxış

Gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, 10 TO 170 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb.

Avtomobildə olan - 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib. 

Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb.

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mediapress.az

 
  •