\
24 Noyabr 2024 - Bazar günü

Qızını zorlayan ataya 14 il həbs cəzası verildi - Azərbaycanda

Qızını zorlayan ataya 14 il həbs cəzası verildi - Azərbaycanda
1697baxış
Bakı Ağır Cinayətlər Məhkəməsində qızına qarşı seksual xarakterli hərəkətlər edən Nuşirəvan Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
 
Mediapress.az oxu.az-a istinadla bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
 
Hökmə əsasən, N.Hacıyev 14 il müddətinə azadlıqdan məhrum edilib. 
 
N.Hacıyeva Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri etmə; aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan olunub.
 
Onun işi üzrə zərərçəkmiş isə yetkinlik yaşına çatmayan doğma qızıdır. Ata N.Hacıyev qızına qarşı mütəmadi olaraq zorakı yolla seksual hərəkətlər etməkdə ittiham olunur.