\
13 Oktyabr 2024 - Bazar günü

Bakıda polis bıçaqlandı

Bakıda polis bıçaqlandı
1724baxış
DİN-in mətbuat xidmətindən Mediapress.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən dekabrın 27-də Bakı şəhər sakini O.Məmmədlini bıçaqla hədələyib 1300 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almış Şəmkir rayon sakini, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş Əli Əsgərov yaxalanarkən polis əməkdaşına bıçaqla xəsarət yetirib.
 
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə.Əsgərov tutulub.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.