\
13 Oktyabr 2024 - Bazar günü

Çində 11 qadını öldürən təcavüzkar edam olunub

Çində 11 qadını öldürən təcavüzkar edam olunub
1687baxış

Cümə axşamı Çində 1998-2002-ci illərdə 11 qadın və yetkinlik yaşına çatmayan qızı qətlə yetirən təcavüzkar Qao Çenyun edam olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Bayin şəhərinin Xalq Məhkəməsinin bəyanatında deyilir.

"Çin Xalq Respublikasının Ali Xalq Məhkəməsinin qərarına əsasən, ölüm hökmünün icrasına dair əmrə müvafiq olaraq, cümə axşamı səhər Qao Çenyun edam edilib", - deyə məlumatda qeyd olunub.

Mediapress.az