\
24 Noyabr 2024 - Bazar günü

Bu gün Baş Prokurorluq 11 qatilin 5-ə ölüm hökmü istədi - Səudiyyə Ərəbistanında

Bu gün Baş Prokurorluq 11 qatilin 5-ə ölüm hökmü istədi - Səudiyyə Ərəbistanında
1789baxış

Səudiyyə Ərəbistanının Baş Prokurorluğu mərhum jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilinən 11 nəfərin 5-ə ölüm hökmü verilməsini tələb etməkdədir.

Mediapress.az yerli SPA. xəbər agentliyinə istinadən xəbər verir ki, bu gün cinayət məhkəməsinin ilk iclası baş tutub. Dövlət ittihamı şəriət qanunlarını əsas gətirərək 5 müttəhim üçün məhkəmədən ölüm hökmü istəyib. Onlar qətlin birbaşa icra olunmasında şübhəli bilinirlər.

Xatırladaq ki, C.Qaşıqçı 2018-ci ilin oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gəldikdən sonra müəmmalı şəkildə yoxa çıxıb. Bu hadisədən yalnız 2 həftə sonra Səudiyyə rəsmiləri mərhum jurnalistin münaqişə zəminində qətlə yetirildiyini etiraf ediblər. Bu hadisə üzrə 11 nəfər şübhəli qismində istintaqa cəlb olunsa da, Türkiyə polisi hələ də mərhumun meyitini tapmayıb.