Ukraynalı boksçu bir zərbə ilə prezidentin mühafizəçisini öldürdü - VİDEO
Ukrayna Dövlət Mühafizə İdarəsinin əməkdaşı qətlə yetirilib.
Oxu.Az “Strana.ua” saytına istinadən xəbər verir ki, hadisə yanvarın 2-də axşam saatlarında Kiyevin mərkəzində baş verib.
Dövlət Mühafizə İdarəsinin əməkdaşı yaşayış kompleksinin həyətində iki itlə gəzişən kişi ilə mübahisə edib. O, gözlənilmədən həmin kişi tərəfindən çənəsindən güclü zərbə alıb və yıxılıb.
Dövlət Mühafizə İdarəsinin 26 yaşlı əməkdaşı Vasili Xmelyuk hadisə yerində ölüb. Məlum olub ki, o, ölkənin birinci şəxslərinin mühafizəçisi imiş.
Mühafizəçini qətlə yetirən şəxsin isə ağır çəki dərəcəsində çıxış edən boksçu Pyotr Oçeretyanıy olduğu müəyyən edilib. O, 10 ildən çoxdur Ukrayna Peşəkar Boks Liqasını təmsil edir.
Faktla bağlı cinayət işi açılıb, qətldə şübhəli bilinən P. Oçeretyanıy artıq polisə təslim olub.