\
13 Oktyabr 2024 - Bazar günü

Bazar günü 78 cinayət hadisəsi baş verdi - Rəsmi xronika

Bazar günü 78 cinayət hadisəsi baş verdi - Rəsmi xronika
1676baxış

Azərbaycanda ötən həftənin sonuncu gününün rəsmi kriminal xronika açıqlanıb.

Mediapress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir k, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 78 cinayət faktı qeydə alınmış, onların da 11-i “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə  9 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılmışdır.