\
13 Oktyabr 2024 - Bazar günü

Ötən ildən qarətlə məşğul olan cinayətkar dəstə yaxalandı - Gəncədə

Ötən ildən qarətlə məşğul olan cinayətkar dəstə yaxalandı - Gəncədə
1627baxış

Ötən ilin 24 oktyabr tarixindən qarətlə məşğul olan cinayət dəstə zərərsizləşdirilib. Mediapress.az Daxili İşlər Nazirliyinin məlumatına əsasən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 24-də şəhər ərazisindəki evlərin birindən 800 manat, 10.000 manat dəyərində qızıl-zinət əşyaları və parfümeriya oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini Elnur Nuriyev, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüsal Əliyev və Əliyar Əliyev saxlanılıblar. Onların digər cinayətlərdə iştiraklarının olub-olmamağı araşdırılır.