\
13 Oktyabr 2024 - Bazar günü

Həftənin ilk iş günü 112 cinayət faktı qeydə alındı - Rəsmi xronika

Həftənin ilk iş günü 112 cinayət faktı qeydə alındı - Rəsmi xronika
1638baxış

Bazar ertəsinin kriminal xronikası açıqlanıb.

Mediapress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 112 cinayət faktı qeydə alınmış, onların da 14-ü “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunmuşdur.   

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər xəsarət almışdır.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir. 

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılmışdır.