Çayxanada xalası oğlunu öldürüb qaçan şəxs tutuldu - Gəncədə
1670
Daha bir cinayət törətmiş şəxs isti izlərlə ələ keçirilib.
Mediapress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ynvarın 7-də Gəncə şəhərindəki çay evlərinin birində şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədovun münaqişə zəminində orada işləyən xalası oğlu, əvvəllər məhkum olunmuş Valeh Zeynalovu bıçaqla qətlə yetirməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb