\
24 Noyabr 2024 - Bazar günü

Radioaparıcının evini yarıb, 30 min dollarını apardılar! - "Polis gözləyir ki..."

Radioaparıcının evini yarıb, 30 min dollarını apardılar! - "Polis gözləyir ki..."
1754baxış

Soyğunçular “Araz” FM-in aparıcısı Aygün Akif in evini qarət ediblər?

“Günün gündüz çağı evimə basqın edib nə var, nə yox aparacaq qədər sakit bir ölkədə yaşayıram. Polis və əməliyyatçılar gözləyir ki, evə girən vicdansız evdə olanların başını kəssin, işlərini görsün sonra hadisə yerinə gəlsinlər. 102 xidməti nə üçün yaradılıb?! Darda olan insanların köməyinə 4 saat sonra çatmağa?! Bəs bizim polisimiz bizim güvən yerimiz idi?! Bu il ikinci dəfədir evimizi bu hala salırlar. Çox “rahat, “hüzurlu” yatırıq”.

Sabaha sağ çıxmağa ümidinin olmadığını deyən aparıcı, "bunu dözə bilməyib paylaşdım. Vurulan maddi ziyan nə zamansa geri qayıdacaq. Amma mənim valideynim bir daha əvvəlki kimi olmayacaq. Sabah səsimiz gəlməsə bilin ki, bizi öldürüblər”,- deyə bildirib.

"30 min dollardan yuxarı ziyan dəyib. Oynanan külli miqdarda lotoreya pulları bizim evimizdə idi. Hər şeyi çox rahat şəkildə yığışdırıb aparıblar".

Mediapress.az

 

 

 

 

 

 

 

  •