\
25 Noyabr 2024 - Bazar ertəsi

Şəhid oğluna cəza verildi - Ölümə görə

Şəhid oğluna cəza verildi - Ölümə görə
1654baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Orxan Abdullayevə hökm oxunub.

Mediapress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə O.Abdullayevə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Qeyd olunub ki, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. 

O.Abdullayevə verilən “hadisə yerinən qaçma” maddəsi sübuta yetirilmədiyi bu maddəyə üçün xitam verilib.

O.Abdullayev 2017-ci il avqustun 24-də Xaçmaz rayonu ərazisində "Daewoo Nexia" marklı 10 RL 160 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. O, sükan arxasında yuxulayaraq idarəetməni itirib və avtomobili aşırıb. Sərnişini, 1970-ci il təvəllüdlü İlqar Ələkbərov hadisə yerində ölüb. 

Qeyd edək ki, O.Abdullayevin atası Xusaməddin Abdullayev Qarabağ döyüşlərində şəhid olub.