Hacıyevlərin 8.9 karatlıq brilyantı və 22 milyonluq evi müsadirə olundu - Böyük Britaniyada
1664
Böyük Britaniya polisi Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşına məxsus 8.9 karatlıq brilyantlı zinət əşyasını müsadirə edib. Mediapress.az Böyük Britaniya KİV-lərinin məlumatlarına istinadən xəbər verir ki, 8 il əvvəl Londonun Harrods ticarət mərkəzindən alınmış, dəyəri 1 milyon funt-sterlinqdən baha olan “Cartier” markalı üzük zərgərdə restavrasiya edilərkən götürülüb.
Bundan başqa, çirkli pulların dövriyyəsini qadağan edən McMafia qanununa əsasən, Zamirə Hacıyevaya məxsus olan, 22 milyon funt-sterlinq məbləğində dəyərləndirilən Londondakı iqamətgah da müsadirə edilib.
Xatırladaq ki, 56 yaşlı Zamirə Hacıyeva ötən ilin sonlarında Böyük Britaniyada həbsə alınaraq, pul zamini müqabiində azadlığa buraxılıb.