\
24 Noyabr 2024 - Bazar günü

Pedofil atadan dəhşətli əməl - Doğma qızını dəfələrlə ...

Pedofil atadan dəhşətli əməl - Doğma qızını dəfələrlə ...
1975baxış
İngiltərədə yaşayan Şannon Klifton, pedofil atası tərəfindən illərdir qandonduran zorlanma olayının təfərrüatını danışıb.
 
Mediapress.az Milli.Az-a istinadən xəbər verir ki, Klifton 6 yaşından 13 yaşına qədər atası tərəfindən gündə 4 dəfə təcavüzə məruz qalan və iki dəfə hamilə qalan 18 yaşında gənc bir qızdır. Uşaqlığından bu yana eyni problemdən əziyyət çəkən uşaqların kömək istəmək cəsarətlərini hiss etmələri üçün başına gələnləri dünyaya danışır.
 
Qeyd edək ki, qızın anası pedofil olan atası Şane Ray Kliftonla ayrılan zaman məhkəmə Şannonun vəkalətini atasına verib.
 
Şannon ilk dəfə atasından 11 yaşında hamilə qalıb. Qızının hamilə olduğunu öyrənən pedofil ata onu körpəsinin düşməsi üçün döyüb.
 
Şannon ikinci dəfə hamilə qaldığında isə 13 yaşı olub. Bu dəfə atası nə etsə də qızının uşağı düşmür və Şannon oğlan uşağı dünyaya gətirib. Bu uşaq atasının təkidi ilə başqa ailəyə övladlığa verilib.
 
Şannonun bədbəxt günləri atasının başqa qıza təcavüz edəcəyi vaxta qədər davam edib. Beləcə,  gənc qız atasının həbsindən sonra bütün yaşadıqlarını başqa uşaqların qorunması naminə danışmağa başlayıb.