\
13 Oktyabr 2024 - Bazar günü

Azərbaycanlı ərlə arvadın meyiti tapıldı - Rusiyada

Azərbaycanlı ərlə arvadın meyiti tapıldı - Rusiyada
1713baxış

Rusiyanın Moskva vilayətinin Şaxovskaya rayonunda azərbaycanlı ər və arvad yaşadıqları evdə ölmüş halda tapılıblar.

Mediapress.az “Report”un Rusiya bürosunun verdiyi məlumata əsasən xəbər verir ki, 1980-cı il təvəllüdlü Qurbanov Rasim Bəkir oğlu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qurbanova Lyudmila Səməd qızının rayon kənarında yaşadıqları həyət evlərində qonşuları tərəfindən ölmüş halda aşkarlanıblar.

Sağlam həyat tərzi keçirmiş və qəflətən evlərində ölü tapılan ər və arvadın meyitləri üzərində zorakılıq əlaməti aşkar olunmayıb. Ailənin 8 və 6 yaşlı iki oğlan övladı var.