\
13 Oktyabr 2024 - Bazar günü

Lökbatanda kombi oğruları tutuldular - Qış oğruları

Lökbatanda kombi oğruları tutuldular - Qış oğruları
1736baxış

Bakıda qeyri-adi cinayətlə məşğul olan 2 şəxs yaxalanıb. Mediapress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsi ərazisində 6 həyətyanı sahədən su qızdırıcısı və kombi aparatlarının oğurlanması barədə müraciətlər daxil olub.

Müraciətlərlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Onların Lökbatan qəsəbə sakinləri Xəqani Cahangirov və Elnur Hüseynov olduqları müəyyən edilib.