\
24 Noyabr 2024 - Bazar günü

İspaniya və Belçika ermənilərinin birgə cinayətkar fəaliyyəti aşkar olundu - Avropa idmanında erməni hiyləsi

İspaniya və Belçika ermənilərinin birgə cinayətkar fəaliyyəti aşkar olundu - Avropa idmanında erməni hiyləsi
1784baxış

Bir müddət əvvəl Avropanın aparıcı KİV-ləri əsasən ermənilərdən ibarət olan cinayət dəstənin idman oyunlarında qumar hiylələri təşkil etdiyi haqda xəbərlər dərc etmişdilər. Məlum olmuşdu ki, erməni mafiyası uzun illər oyunların gizli yolla danışılmasını və oyunçuların pulla ələ alınmasını təşkil etməklə məşğul olub.

Mediapress.az Associated Press-ə istinadən xəbər verir ki, artıq Avropol İspaniya və Belçika sindikatlarının birlikdə fəaliyyət göstərdiyini müəyyən edib. Məlum olub ki, danışılmış oyunlar hər iki sindikatın birgə fəaliyyəti nəticəsində bütün Avropa ölkələrini əhatə edib. İqtisadi cinayətkarlıqla mübarizə şöbənin rəisi Pedro Felisio da jurnalistlərə açıqlamasında bu faktı etiraf edib. Araşdırma zamanı məlum olub ki, cinayətkar dəstələr tennisdən başqa voleybol, plyaj voleybolu və basketbol kimi oyunları da öz fəaliyyət dairələrinə alıblar.   

Bir müddət əvvəl erməni mətbuatının etiraf etdiyi kimi, belçikalı 28 yaşlı erməni Qriqor Sarkisyan (ləqəbi Maestro), cinayətkar dəstəyə başçılıq etmək şübhəsi ilə İspaniyada tutulmuşdu. Onunla yanaşı dəstənin bir neçə erməni üzvü də göz altına alınmışdı.  

İqtisadi cinayətkarlığa qarşı mübarizə şöbəsinin rəisi Pedro Felisionun sözlərinə görə, indiki halda dəstələrin hər ikisinə kimin başçılıq etdiyi və sindikatların fəaliyyət planı araşdırılır.

Xatırladaq ki, ötən həftə İspaniyada əsasən ermənilərdən ibarət cinayətkar dəstə ifşa olunaraq, zərərsizləşdirilib. Bəlli olub ki, mafioz qrup tennis oyunlarının sövdələşməsi və manipulyasiyası ilə külli miqdarda pul qazanmaqla məşğul olur.