\
13 Oktyabr 2024 - Bazar günü

Dünən gün ərzində 109 cinayət faktı qeydə alındı - Rəsmi məlumat

Dünən gün ərzində 109 cinayət faktı qeydə alındı - Rəsmi məlumat
1640baxış

Dünən respublikada qeydə alınmış cinayət hadisələrinin statistikası bəlli olub. Mediapress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.    

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilmişdir. 

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılmışdır.