\
13 Oktyabr 2024 - Bazar günü

26 nömrəli avtobus piyada qadını vuraraq öldürdü - Sumqayıtda

26 nömrəli avtobus piyada qadını vuraraq öldürdü - Sumqayıtda
1041baxış

Səhər saatlarında Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Mediapress.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 22-də saat 07:00 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Ramin Hüseynov idarə etdiyi “İsuzu” markalı 26 saylı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Tamella Əlverdiyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.