\
13 Oktyabr 2024 - Bazar günü

Tovuzda 2 maşın toqquşdu - Xəsarət alanlar var

Tovuzda 2 maşın toqquşdu - Xəsarət alanlar var
1720baxış

Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Mediapress.az "Report"un Qərb bürosunun məlumatına əsasən xəbər verir ki, rayonun İbrahim Hacılı kəndi ilə hərəkətdə olan "VAZ-2107" və "QAZ-31" markalı avtomobillər toqquşması nəticəsində 1979-cu il təvəllüdlü İbrahim Hacılı kənd sakini Elnur Zeynalov və 1962-ci il təvəllüdlü Möhtəbər Həsənov müxtəlif bədən xəsarətləri alıb. Yaralılardan E.Zeynalovun ayağı, M.Həsənovun isə burnu sınıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.