İctimai hamamda yanğın baş verdi - Bakıda
1725
Bu gün axşam saatlarında Bakıda hamam kimi fəaliyyət göstərən tikililərin birində yanğın hadisəsi baş verib. Mediapress.az FHN-ə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 240 m² olan birmərtəbəli tikilinin (hamam kimi fəaliyyət göstərir) mansardası 200 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisənin səbəbləri ətrafında araşdırma aparılır.