\
24 Noyabr 2024 - Bazar günü

FHN əməkdaşları intihar hadisəsinin qarşısını aldılar - Mehdiabadda

FHN əməkdaşları intihar hadisəsinin qarşısını aldılar - Mehdiabadda
1739baxış

Bu gün günorta saatlarında Bakıda intihar hadisəsinin qarşısı məharətlə alınıb. Mediapress.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Mehdiabad qəsəbəsində 1 nəfər yeddimərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat uğurla başa çatıb.