\
24 Noyabr 2024 - Bazar günü

Rusiyada cinayət törətmiş 2 azərbaycanlı Türkiyədə tutuldu - Rusiyaya təhvil verildi

Rusiyada cinayət törətmiş 2 azərbaycanlı Türkiyədə tutuldu - Rusiyaya təhvil verildi
1670baxış

Rusiyanın Kalininqrad şəhərində cinayət törətməkdə ittiham olunaraq axtarışa verilən iki azərbaycanlı Türkiyənin İstanbul şəhərində saxlanılaraq geri təhfil verilib.

Mediapress.az “Report”un Türkiyə bürosunun məlumatına əsasən xəbər verir ki, bunlar 1983-cü il təvəllüdlü Rəhimov Rəhim Fuad oğlu və 1985-ci il təvəllüdlü Qurbanov Cavanşir Abbas oğludur. Onlar quldurluq və adam ölümündə ittiham olunurlar. Hər iki azərbaycanlı artıq Rusiya tərəfinə təhfil verilib.