\
13 Oktyabr 2024 - Bazar günü

Dünən 31 nəfər şübhəli şəxs qismində saxlanıldı - Kriminal xronika

Dünən 31 nəfər şübhəli şəxs qismində saxlanıldı - Kriminal xronika
1607baxış

Azərbaycanda 23 yanvar çərşənbə gününün kriminal xronikası açıqlanıb. Mediapress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 26 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılmışdır.