\
25 Noyabr 2024 - Bazar ertəsi

Bakıda qadın məşuqu üçün öz evindən 58 min dollar oğurladı

Bakıda qadın məşuqu üçün öz evindən 58 min dollar oğurladı
1648baxış

Yanvarın 30-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə rayon ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-nin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və ötən il noyabrın 16-dan cari ilin yanvar ayının 27-dək olan müddətdə həmin mənzildəki seyfdən 57700 ABŞ dollarının oğurlanması məlum olub.

Araşdırmalar zamanı həmin məbləğdə olan pulun ev sahibinin arvadı tərəfindən oğurlanmasına əsaslı şübhələr yarandığından qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan əməliyyat tədbirləri ilə qadının oğurladığı pulu tanışı olan bir nəfərə verməsi müəyyən edilib və həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, saxlanılan şəxs qadının məşuqu, 1988-ci il təvəllüdlü Ramil Muradovdur.

Polisə isə öz evindən oğurluq etmiş qadının həyat yoldaşı müraciət edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır. 

Mediapress.az