Giləzidə gəmini soyanlar Xızıda tutuldular - İş məhkəməyə verilib
1693
Xızıda oğurluqda təqsirləndirilən Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov və Ramil Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mahmud Ağalaroun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, həmin şəxslər ötən ilin aprel ayında Xızı rayon Polis şöbəsinə rayonun Giləzi qəsəbəsi ərazisində yerləşən “VİRİDE” MMC-yə məxsus "Rusbot-85K" tipli gəzinti təyinatlı gəmidən ümumi dəyəri 80 min manat məbləğində dəyərləndirilən 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri, 1 ədəd akkumlyator və 1 ədəd uzaqdan idarəetmə cihazı oğurlayıblar.