Yol qəzasında xəsarət alanların şəxsiyyəti bəlli oldu - Biləsuvarda
Ötən gün gecə saatlarında Biləsuvar rayonunda baş verən ağır yol qəzası zamanı ölən 3 nəfərdən birinin və yaralananların şəxsiyyəti məlum olub. "Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində hadisə yerində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan 1966-ci il təvəllüdlü Abşeron rayonu Hökməli qəsəbə sakini Elmira Əli Ağasəfər qızı xəstəxanada keçinib. Bununla da ölənlərin sayı 3-ə çatıb.
Digər iki yaralı - 1953-cü il təvəllüdlü Bakı şəhəri, Biləcəri qəsəbə sakini 1953-cü il təvəllüdlü Dəmirov Vəlinin vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib, 2003-cü il təvəllüdlü Həşimov Qəyyum Dəyanət oğluna isə tibbi yardım göstərilərək, evə buraxılıb.
Hazırda ölən iki şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.