Avtomobil piyadanı vuraraq aradan çıxdı - Şəkidə
Şəki rayonunda piyadanı maşın vurub. Mediapress.az “Report”un Şəki-Zaqatala bürosunun məlumatına istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Baş Göynük kənd sakini, 1962-ci il təvəllüdlü Balabəy Allahverdi oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı onu Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində minik maşını tərəfindən vurulduğu məlum olub. B.Allahverdiyevə sağ baldır sümüyünün və sağ 6,7,8,9-cu qabırğaların sınığı dioqnozu qoyulub. Yaralının müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. Onu vuran avtomobil hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu gün axşam saatlarında Cəlilabad sakinini də avtomobil vurub.