\
13 Oktyabr 2024 - Bazar günü

Azərbaycanlı yeniyetmə qardaş-bacının meyiti tapıldı - Rusiyada

Azərbaycanlı yeniyetmə qardaş-bacının meyiti tapıldı - Rusiyada
1680baxış

Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb. Mediapress.az “Report”un Rusiya bürosunun məlumatına əsasən xəbər verir ki, ölənlər 17 yaşlı Əsgərov Naib Şəmməd oğlu və 14 yaşlı Əsgərova Aida Şəmməd qızıdır. Yeniyetmə qardaş və bacının meyitləri şəhər kənarında kimsəsiz yerdə tapılıb. Meyitlərin üzərində fiziki zorakılıq əlaməti olmasa da, onların öldürüldüyü ehtimal olunur.