\
24 Noyabr 2024 - Bazar günü

Vəhşi heyvanların parçaladığı kişi meyiti tapıldı - Göygöldə

Vəhşi heyvanların parçaladığı kişi meyiti tapıldı - Göygöldə
1005baxış

Göygöl rayonunda kişi meyiti tapılıb. Mediapress.az "Report"un Qərb bürosunun məlumatına əsasən xəbər verir ki, meyit rayonun Nadil kəndi ərazisində aşkarlanıb. Bədəninin müxtəlif hisaələri vəhşi heyvanlar tərəfindən yeyilmiş-didilmiş hala salınan meyit tibbi-ekspertizaya aparılıb. Aparılan araşdırma zamanı onun 1963-cü il təvəllüdlü Zaməddin Misir oğlu Zeynalov olduğu məlum olub.

Yaxınlarının bildirdiyinə görə, Z.Zeynalov 1 həftə öncə itkin düşüb. Onun hansı şəraitdə öldüyü, məsələdə cinayət olub-olmadığı hələ məlum deyil.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.