\
24 Noyabr 2024 - Bazar günü

"Mama Rozalıq" edən kişi 4 il həbs cəzası aldı - Bakı Ağır Cinayətlər Məhkəməsində

"Mama Rozalıq" edən kişi 4 il həbs cəzası aldı - Bakı Ağır Cinayətlər Məhkəməsində
1818baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Vilayət Məsimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Mediapress.az "Report"a istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Məsimov Azərbaycan vətəndaşı olan bir qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub. Belə ki, o, Səbinə Əhmədovanı (ad və soyadı şərti) Türkidəyə olan dəstənin digər üzvlərinə təhvil verib. Dəstənin digər üzvləri S.Əhmədovanı Türkiyədə kişi müştərilərlə görüşdürüb, cinsi istismara məruz qoyaraq maddi gəlir əldə ediblər.

Həmin qadın Azərbaycana qayıdandan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Onun şikayəti əsasında V.Məsimov həbs edilib.