\
13 Oktyabr 2024 - Bazar günü

İntihara cəhd edən 22 yaşlı qadının həyatı xilas edildi - Cəlilabadda

İntihara cəhd edən 22 yaşlı qadının həyatı xilas edildi - Cəlilabadda
1690baxış

Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib. Mediapress.az "Report"un Muğan bürosunun məlumatına istinadən xəbər verir ki, hadisə rayonun Badamağac kəndində qeydə alınıb.  Həmin kəndin sakini, 1996-ci il təvəllüdlü  İ.Ə özünü yaşadığı evin tavanından kəndilə asaraq intihara cəhd edib. İ.Ə nin özünü asdığını görən ailə üzvləri dərhal qadının boynundan kəndiri çıxarıblar və gənc qadın xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı təhlükəsinin qarşısını alıblar. 

Məlumata görə, qadın evlidir və bir övladı var. Onun hansı səbəbdən intihara cəhd etməsi hələki məlum deyil. Faktla bağlı araşdırma aparılır.