22 əvvəl qətl törətmiş şəxs 17 il həbs cəzası aldı - Rusiyada
Rusiya Federasiyası Perm vilayətinin Qubaxa şəhərində 20 il əvvəl 42 yaşlı insanı qətlə yetirdən şəxs məhkəmənin hökmü ilə 17 il həbs cəzası alıb. Mediapress.az Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi saytına yönəlik məlumat yayan Ria.ru-ya istinadən xəbər verir ki, 1997-ci ilin 16 noyabr günü 28 yaşlı Qubaxa şəhər sakini 20 yaşlı tanışını boğaraq öldürüb. Qatil izi itirmək üçün meyiti Kosva çayına atıb.
1998-ci ilin aprelində isə şəxsi münaqişə zəminində 42 yaşlı həmyerlisinin ölümünə hökm verib. Üç muzdlu qatil kirayələyərək onu evində, oğlunun gözləri qarşısında amansızcasına güllələdib.
Bir neçə il ərzində hər iki cinayətin üstü açılıb. 1998 və 2001-ci illərdə muzdlu qatillər və cinayəti törətməkdə onlara kömək etmiş daha 2 nəfər həbsə alınıb. Lakin sifarişçi qaçıb canını qanun keşikçilərindən qurtara bilib. O, yalnız 21 ildən sonra, yəni ötən ilin iyun ayında Moskva vilayətində ələ keçirilib.
Qatil hər iki cinayət üzrə ümumilikdə 17 il həbs cəzasına məhkum edilib. Hazırda ciddi rejimli islah əmək müəssisəsində saxlanılır.