\
13 Oktyabr 2024 - Bazar günü

Cərəyan 31 yaşlı gənci öldürdü - Gədəbəydə

Cərəyan 31 yaşlı gənci öldürdü - Gədəbəydə
1194baxış

Gədəbəy şəhərində insan ölümü ilə nəticələnən fövqəladə hadisə baş verib. Mediapress.az "Report"un Qərb bürosunun məlumatına əsasən xəbər verir ki, 1988-ci il təvəllüdlü yerli sakin Mehdiyev Mehdi İsmayıl oğlu yük avtomobilinin üzərindəki yükü düzəldən zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub. Nəticədə M.Mehdiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.